Ana səhifə »  Analitik »  Referendumun nəticələri və referendumdan çıxan nəticələr
A+   Yenilə  A-
Referendumun nəticələri və referendumdan çıxan nəticələr

Prezident İlham Əliyev: ... Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir
Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına bir sıra əlavə və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycan seçiciləri böyük ruh yüksəkliyi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində iştirak etdilər.
Qeyd edək ki, artıq Mərkəzi Seçki Komissiyası (MSK) referendumun yekun nəticələrini açıqlayıb. Ölkə üzrə 5 267 111 seçicidən 3 673 029 nəfəri səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 69,7 faizini təşkil edir. Layihədə müzakirəyə çıxarılmış məsələlərə görə lehinə səsvermə faizi 83 faizdən yuxarıdır. MSK-nın məlumatında bildirilir ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Dairə Seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib. Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə min seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kameralar quraşdırılıb.
Bütövlükdə, referendum bütün məntəqələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib. Səsvermə ümumən sakit şəraitdə keçib, seçicilər özlərinin iradələrini sərbəst şəkildə ifadə ediblər. Məntəqə seçki komissiyaları vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlib və səsvermə prosesində xoşagəlməz hadisələr baş verməyib. Ümumilikdə, gün ərzində MSK-ya qanun pozuntusu ilə əlaqədar heç bir rəsmi müraciət daxil olmayıb.
Onu da qeyd edək ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Səsvermə prosesinin müşahidəsinə öz təşəbbüsləri ilə, həmçinin siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb. Ümumxalq səsverməsinin gedişini kifayət qədər çox sayda həm yerli, həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar. Yerli və beynəlxalq müşahidəçilər öz rəylərində referendumun azad, demokratik və beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini vurğulayıblar.
Konstitusiya dəyişiklikləri yeni çağırışlardan irəli gələn zərurətdir: ümumxalq səsverməsinə çıxarılan məsələlər cəmiyyətin sosial sifarişini əks etdirir
Göründüyü kimi, ölkə seçiciləri yüksək fəallıqla bu referendumda iştirak edərək Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə müsbət münasibət bildirdilər. Bu fakt onu təsdiqləyir ki, Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxmışdı. Bəs bu zərurət nədən irəli gəlirdi?
Ümumiyyətlə, cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi.
Bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Bu baxımdan, ölkəmizdəki sosial-iqtisadi inkişafı da xüsusi qeyd etmək lazımdır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün digər ölkələrə nümunə göstərilməsi, ən əsası, inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs olunması uğurlarımızın təsdiqidir. Hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi əldə olunan nailiyyətlərin davamlılığına əsas yaradır. Bir faktı qeyd edək ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 80 faizinə sahibdir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyündən bəhs ediriksə, bu, ölkəmizin artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir.
Uğurlarımızın qısa təhlili fonunda bir daha bu reallığı təsdiqləmiş oluruq ki, hər dövrün öz çağırışı, tələbi olur. Dövlətimizin bu çağırışları yüksək səviyyədə həyata keçirməsi bugünkü reallıqları təmin edir. Azərbaycan son 12 il ərzində 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasını qarşıya mühüm vəzifə qoyubsa, bu, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Bir sözlə, qarşımızda həm siyasi, həm sosial, həm də iqtisadi sahələrdə yeni islahatların aparılması kimi vəzifələr var. Bu islahatlar indiyə qədər əldə olunmuş nailiyyətlərin bazasında həyata keçirilir.
Təbii ki, sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya müəyyən əlavə və dəyişiklikləri zəruri etdi. Əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilir. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkir. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi böyük uğurlarla qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa öz dəstəyini nümayiş etdirir. Ən əsası, Prezident İlham Əliyevin təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılan məsələlərin dəstəklənməsi məhz bu təkliflərin cəmiyyətin sosial sifarişini əks etdirdiyini göstərdi. Təsadüfi deyil ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi həm ölkəmizdə yüksək seçki və seçici mədəniyyətinin olduğunu təsdiq etmiş oldu, həm də seçicilərin bu məsələlərə intellektual yanaşmasını əks etdirdi.
Referendumun nəticələri Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bir daha nümayiş etdirdi
Mərkəzi Seçki Komissiyasının açıqladığı referendumun yekun nəticələrinə əsasən seçicilərin ən çox səs verdikləri dəyişikliklərdən biri məhz prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması oldu. Əlbəttə, bu, təsadüfi xarakter daşımamaqla Azərbaycan Prezidenti İlham Əliyevə xalq tərəfindən etimadın, dövlət başçısının fəaliyyətinə verilən qiymətin başlıca göstəricisidir. Başqa sözlə, referendumun nəticələri ona dəlalət edir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Bu inam və dəstəyi şərtləndirən amillərə ayrıca toxunmaq məqsədəmüvafiqdir.
Sirr deyil ki, Azərbaycan Respublikası milli iqtisadi inkişaf modelinə malik olan, dinamik inkişaf edən, eyni zamanda, demokratik siyasi sistemə sahib olan dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar olduqca müstəsna əhəmiyyət kəsb edir. Şübhəsiz, bu uğurun əsasında iqtisadi və siyasi islahatların paralel aparılması dayanır. Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə həyata keçirilən islahatlar hüquqi dövlətin təməllərinin möhkəmləndirilməsi, idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində strateji önəm kəsb edir. Həmçinin ardıcıl institusional islahatlar idarəetmədə yeni keyfiyyət dəyişikliklərinin baş verməsini şərtləndirir. Ölkəmizdə həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır. Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Məhz sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referenduma çıxarılan məsələlər də islahatlar kursunun tərkib hissəsini təşkil edir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə və milli gücünün artmasına xidmət edir, Azərbaycanın inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə olunur.
Azərbaycan xalqının Prezident İlham Əliyevə mütləq inam və etimadını şərtləndirən digər bir mühüm amil ölkəmizin sabitlik adası olmasıdır. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir.
Təsadüfi deyil ki, Azərbaycan cəmiyyəti belə bir qənaətdədir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin - inkişaf siyasətinin alternativi yoxdur. Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və dinamik iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi səciyyələndirir.
Beləliklə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun qanunauyğun nəticəsidir. Məhz ölkəmizdə keçirilən ümumxalq səsverməsinin nəticələri də vətəndaşların Prezident İlham Əliyevin siyasətinə dərin inam və etimad bəslədiyini göstərdi, eyni zamanda, Prezident İlham Əliyevin adı və fəaliyyətinin inkişaf və sabitliklə assosiasiya olunduğunu ifadə etdi. Azərbaycan vətəndaşları prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasına “HƏ” deməklə, əslində, dövlətimizin başçısının uğurlu, milli maraqlara əsaslanan siyasətinə yüksək qiymət verdilər. Yeri gəlmişkən, sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin yeni binasının iclas zalında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı qeyd edib ki, referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir: “Dünən keçirilən referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Vitse-prezidentlik institutunun yaradılması təklifi xalqımız tərəfindən birmənalı şəkildə müsbət qarşılandı
Sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum zamanı yüksək səs çoxluğu ilə qəbul edilən məsələlərdən biri də vitse-prezidentlik institutunun təsis edilməsi oldu. Bu, xalqımızın yeni idarəetmə institutunun yaradılmasını olduqca müsbət qarşıladığını əks etdirdi.
Əlbəttə, dünyanın yüksək inkişaf səviyyəsinə çatmış ayrı-ayrı ölkələrinin təcrübəsi göstərir ki, dövlətin, cəmiyyətin irəliyə getməsi, ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə zamanın tələblərindən yaranan yeni çağırışlara adekvat addımlar atmaq iqtidarında olması idarəçilik sisteminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə sıx bağlıdır. Başqa sözlə desək, ölkələrin idarəetmə sistemləri mütləq dövrün dəyişən tələblərinə uyğun qurulmalıdır. İdarəetmə sisteminin səmərəli qurulması isə, öz növbəsində, ölkələrin qarşıya qoyduqları yeni hədəflərə doğru inamla irəliləməsini və yeni nailiyyətlər qazanmasını şərtləndirir. Bu baxımdan, Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə əsasən respublikamızda yeni idarəçilik institutunun - vitse-prezidentlik təsisatının yaradılmasının nəzərdə tutulması strateji önəm kəsb edir. Təbii ki, yeni şəraitdə islahatlar kursunun dərinləşdirilməsi və hədəflənən nəticələrin əldə olunması ölkədə effektiv idarəetmə mexanizminin qurulmasından çox asılıdır. Mütəxəssislər Əsas Qanuna idarəetmənin təkmilləşdirilməsi ilə bağlı yeni maddənin əlavə edilməsini Prezident İlham Əliyev tərəfindən son 12 ildə uğurla həyata keçirilən Azərbaycanın hər sahədə müasirləşdirilməsi siyasətinin davamı kimi dəyərləndirirlər. Ümumi qənaət belədir ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması başlanılan və nəzərdə tutulan islahatların həyata keçirilməsini, ümumiyyətlə, ölkənin daha uğurlu idarə olunmasını təmin edəcək.
Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasının mühüm əhəmiyyətini qeyd edən ekspertlər bunun həmçinin Azərbaycanın xarici əlaqələrinin intensivləşdirilməsi baxımından da önəminə diqqət çəkirlər. Ölkənin xarici siyasətinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan beynəlxalq əlaqələri kifayət qədər geniş olan bir dövlətdir. Respublikamız həm xarici əlaqələrini genişləndirir, həm də beynəlxalq təşkilatların üzvü olaraq müxtəlif konvensiyalara qoşulur. Azərbaycan beynəlxalq təşkilatların üzvlüyündən, qoşulduğu ayrı-ayrı konvensiyalardan irəli gələn öhdəlikləri tam şəkildə yerinə yetirir. Vitse-prezidentlik institutunun yaradılması isə daxili idarəetmədə olduğu kimi, respublikanın xarici siyasətində də dinamikliyi, çevikliyi daha da artıracaq.
Ölkəmizdə Konstitusiya islahatları yolu ilə idarəetmə sisteminin təkmilləşdirilməsinin və vitse-prezidentlik təsisatının yaradılmasının cəmiyyətin sosial sifarişi olduğu sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrində də öz əksini tapıb. Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsasən, referendumda Konstitusiyaya əlavə olunan və ölkəmizdə idarəetmə mexanizminin təkmilləşdirilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının vitse-prezidentləri” maddəsinə seçicilər yüksək dəstək nümayiş etdiriblər. Belə ki, seçicilərin 89,28 faizi bu maddənin lehinə səs veriblər. Bəhs olunan maddənin “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” məzmunlu 2-ci hissəsinin lehinə 84,5 faiz səs verilib.
Mərkəzi Seçki Komissiyasının açıqlamasından da göründüyü kimi, ölkə üzrə seçicilərin böyük əksəriyyəti respublikamızda idarəetmə sisteminin təkmilləşdirilməsinə və çevik, əlverişli idarəçilik mexanizmi kimi beynəlxalq təcrübədə özünü doğruldan vitse-prezidentlik institutunun yaradılmasına müsbət münasibət bildiriblər. Ölkə vətəndaşları əmindirlər ki, vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsinə, onun funksionallığının artırılmasına, o cümlədən fors-major hallarda dövlət idarəçiliyinin arzuolunmaz vəziyyətə düşməsinin qarşısının alınmasına, yeni şəraitdə başlanan islahatların dairəsinin genişləndirilməsinə gətirib çıxaracaq.
Seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin tətbiq olunmaması təklifi mütərəqqi yenilik kimi qəbul edildi
Ümumxalq səsverməsi zamanı prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsinə dair dəyişikliklərin də seçicilər tərəfindən yüksək səs çoxluğu ilə qəbul olunması ayrıca qeyd edilməlidir. Bu mütərəqqi dəyişiklik həm idarəetmə sisteminin daha da təkmilləşməsinə, həm də gənclərin potensialından səmərəli istifadə olunmasına xidmət edir. Bəllidir ki, Azərbaycanda gənclərin inkişafına, onların idarəetmə sistemində aktiv təmsil olunmalarına xüsusi diqqət yetirilir, gənclərin intellektual potensialından səmərəli istifadə olunur. Məhz ümumxalq səsverməsi - referenduma çıxarılan məsələlər sırasında prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi məsələsinin yer alması bu baxımdan əhəmiyyətlidir. Təsadüfi deyil ki, Azərbaycan seçiciləri bu mütərəqqi təklifi yekdilliklə dəstəkləməklə idarəetmə sahəsində yeni keyfiyyət dəyişikliklərinə yol açacaq addımları müsbət qarşıladığını əminliklə ifadə etdi.
Yeri gəlmişkən, seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstriya, Danimarka, Estoniya, İngiltərə və sair Qərb ölkələrində tətbiq edilir. Bəhs olunan ölkələrin təcrübəsi deməyə əsas verir ki, bu tələblərin götürülməsi, eyni zamanda, gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcək.
Ümumxalq səsverməsi ölkəmizdə həyata keçirilən sosial məzmunlu siyasətin və bu sahəyə aid islahatların vətəndaşlar tərəfindən dəstəkləndiyini göstərdi
Ümumxalq səsverməsinin - referendumun nəticələrində əks olunan mühüm məqamlardan biri isə ölkəmizdə həyata keçirilən sosial məzmunlu siyasətin, eləcə də bu sahəyə aid islahatların vətəndaşlar tərəfindən dəstəklənməsidir. Referendum Aktının layihəsində əks olunmuş sosial məzmunlu dəyişikliklər və əlavələrə seçicilər tərəfindən birmənalı şəkildə “HƏ” deyildi.
Şübhəsiz ki, Azərbaycanda vətəndaşların layiqli həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər diqqətəlayiqdir. İslahatların sosial sferanı əhatə etməsi Azərbaycan dövlətinin yeni iqtisadi şəraitdə də özünün sosial siyasətinə sadiq qaldığını təsdiqləyir. Prezident İlham Əliyev ölkəmizdə aparılan iqtisadi islahatların güclü sosial siyasətlə tamamlanmasının insanların mənafeyinə xidmət etdiyinə diqqət çəkərək deyib: “Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər”.
Azərbaycanda həyata keçirilən sosial məzmunlu inkişaf siyasətindən bəhs edərkən özəl bölmənin tərəqqisi istiqamətində reallaşdırılan tədbirləri də xüsusi vurğulamaq lazımdır. Çünki bu tədbirlər həm milli inkişafı təmin edən mühüm vasitə qismində çıxış edir, həm də insanların sosial rifah halının yaxşılaşmasına xidmət göstərir. Əlbəttə, burada özəl sektor nümayəndələrinin dövlət və cəmiyyət qarşısında sosial məsuliyyət məsələsi də diqqət mərkəzində saxlanılır. Məhz bu məsələnin ümumxalq səsverməsinə çıxarılması və vətəndaşlar tərəfindən dəstəklənməsi deyilənləri sübuta yetirir.
Konstitusiya islahatları vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət orqanlarının məsuliyyətinin artırılması istiqamətində müstəsna əhəmiyyət daşıyır
Bundan başqa, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ayrı-ayrı vəzifəli şəxslərin və dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətinin artırılması məsələsi də ümumxalq səsverməsi zamanı seçicilər tərəfindən birmənalı şəkildə müsbət qarşılandı. Belə ki, “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu əlavənin, eləcə də “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər” kimi bu və digər dəyişikliklərin qəbul olunması həm dövlət siyasətinin mərkəzində vətəndaşların durması məsələsini bir daha aşkar etdi, həm də irəli sürülmüş təkliflərin vətəndaşlar tərəfindən məmnunluqla qarşılandığını göstərdi.
Yeri gəlmişkən, “Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” məzmunlu əlavənin də yüksək səs çoxluğu ilə qəbul edilməsi həm vətəndaşların hüquqlarının qorunması, həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması baxımından olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycanda bələdiyyələrin inkişafı, institusional təşkilatçılıq qabiliyyəti ölkə daxilindəki davamlı islahatlar kursu fonunda xüsusi önəm daşıyır. Azərbaycanda reallaşdırılan demokratik islahatlar ölkəmizin davamlı inkişafına xidmət edir, bu kontekstdə əhəmiyyətli zəmin formalaşdırıb, belə olan halda bələdiyyə institutları mövcud imkanlardan faydalanmaqla səmərəli yerli idarəetmə mexanizmi formalaşdırmalıdırlar. Bu, eyni zamanda, vətəndaşların bələdiyyə strukturları ilə işbirliyi prosesinə, bu instituta münasibətində yeni müsbət dəyişikliklərə mühüm töhfələr verər. Bütün bunlara paralel olaraq bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsi, vətəndaşlara münasibətdə onların məsuliyyəti məsələsi, bələdiyyə qulluqçularının qanunlara müvafiq fəaliyyət göstərməsi və digər məsələlər də ayrıca qeyd edilməlidir. Bu baxımdan, Konstitusiyaya bu məsələlərlə bağlı əlavənin edilməsi müstəsna əhəmiyyət daşıyır.
Konstitusiya dəyişiklikləri qarşıdakı dövrdə həyata keçiriləcək islahatların hüquqi və siyasi bazası qismində çıxış edəcək
Bəhs olunanlara paralel olaraq əminliklə qeyd etmək olar ki, Konstitusiya dəyişiklikləri qarşıdakı dövrdə həyata keçiriləcək islahatların hüquqi və siyasi bazası qismində çıxış edəcək. Ümumiyyətlə, müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar qanunvericilik sisteminin, eləcə də hüquqi və siyasi bazanın təkmilləşdirilməsi zərurətini ortaya çıxarıb. Hazırda ölkəmizdə milli inkişafa hədəflənən bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir. Davamlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilməsi isə islahatların davamlı olacağına dəlalət edir. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir.
Azərbaycanda həyata keçirilən institusional islahatlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündəki strateji əhəmiyyətli nəticələrə də toxunmaq məqsədəmüvafiqdir. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Demokratik inkişaf yolunda əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Onu da qeyd edək ki, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar ötən ildən başlayaraq yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulub. Qeyd etdiyimiz kimi, məhz sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər qarşıdakı dövrdə görüləcək işlərin, həyata keçiriləcək islahatların hüquqi və siyasi bazası qismində çıxış edəcək.
Xalqımız anti-Azərbaycan dairələrə və radikal ünsürlərə layiqli cavab verdi
Referendumdan çıxan nəticələrdən biri də Azərbaycan xalqının öz iradəsini ortaya qoyaraq ümumxalq səsverməsi vasitəsilə anti-Azərbaycan dairələrə və radikal ünsürlərə layiqli cavab verməsi oldu. Referendumun təbliğat-təşviqat mərhələsi ərəfəsində ölkəmizdə qarşıdurma və xaos yaratmaq istəyən anti-azərbaycançı mərkəzlər və onların əlaltıları dünya iqtisadiyyatında baş verən bəzi neqativ proseslərin Azərbaycan iqtisadiyyatına təsir etməsi amilindən istifadə edərək kütləvi narazılıq və ziddiyyətlər yaratmaq arzusunda idilər. Bunun üçün həmin ərəfədə müxtəlif mitinq şouları təşkil edildi, qərəzli və dağıdıcı çağırışlar səsləndirildi. Amma kifayət qədər intellektual olan, ictimai-siyasi prosesləri reallıqlar əsasında təhlil və dərk edən Azərbaycan cəmiyyəti bu cür qərəzli çağırışlara məhəl qoymadı, öz dövlətinin yanında yer aldı. Xüsusilə də Azərbaycan xalqı ümumxalq səsverməsinə çıxarılan məsələləri dəstəkləməklə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına, sabitlik və tərəqqinin davamlı olmasına səs verdi. Beləliklə, Azərbaycan xalqı və dövlətini hədəf alan anti-Azərbaycan dairələrin plan və niyyətləri baş tutmadı.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  43410  |  
  • Tarix:  28-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5