Ana səhifə »  Analitik »  Güclü və müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının qürur mənbəyidir
A+   Yenilə  A-
Güclü və müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının qürur mənbəyidir

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Dünyanın siyasi tarixindən bəllidir ki, xalqların öz mövcudluğunu qoruyub saxlaması və inkişafı siyasi, iqtisadi, mədəni və tarixi əhəmiyyət kəsb edən bir sıra amillərlə bağlıdır. Ən başlıca amil tarixin bütün dövrlərində müxtəlif xalqlar, millətlər üçün həlledici faktor kimi çıxış etmiş milli identiklik, həmrəylik və özünüdərkdir.
Bu baxımdan, Azərbaycan xalqının milli həmrəylik və bütövlüyünün təmin olunması milli identikliyin təmini sayəsində mümkün olub. İdentikliyə isə, ilk növbədə, milli dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, xalqın həmrəyliyini təmin edəcək ideologiyanın formalaşdırılması və ictimai-siyasi sabitliyin bərqərar olunmasının fonunda nail olunub. Şübhəsiz, tarixi əhəmiyyət kəsb edən bütün bu nailiyyətlər xalqımız qarşısında misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin gərgin əməyinin məhsuludur.
Azərbaycan xalqının milli birliyindən danışarkən, ilk növbədə, dünya azərbaycanlılarını vahid bir məfkurə ətrafında birləşdirən tarixi-fundamental amillərdən bəhs etmək lazımdır. Bunlardan birincisi Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin memarı, böyük dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın istənilən yerində yaşayan soydaşlarımızın bütünləşdiyi, vahid bir mərkəzdə cəmləşdiyi tarixi məqam kimi xarakterizə olunur.
Dünya azərbaycanlılarının həmrəyliyi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
1991-ci ildə müstəqilliyin əldə edilməsindən sonra siyasi, iqtisadi, sosial və digər sahələrdə ciddi problemlərlə qarşı-qarşıya qalan Azərbaycanda, sözün əsl mənasında, xaos və anarxiya hökm sürürdü. Bu fonda ağır blokada şəraitində yaşayan, erməni aqressiyası ilə üz-üzə qalan, paytaxtdan ayrı düşmüş Naxçıvan Muxtar Respublikasında vəziyyət daha gərgin idi. Lakin Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana gəlişi erməni aqressiyası ilə üz-üzə dayanan bu qədim Azərbaycan yurdunun xilasına ümid yaratdı. Naxçıvan məhz Ulu öndərimizin iradəsi və siyasi zəkası sayəsində ayaqda durdu və bütün çətinliklərə sinə gərdi. Həmin vaxt Azərbaycanı bu cür ağır çətinliklərdən bir yolla çıxarmaq olardı və Ulu öndər bunun üçün milli birliyə nail olunmasının zəruriliyini bilirdi. Yəni soydaşlarımızın milli maraqlar ətrafında birləşməsi Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxmasında mühüm rol oynayacaqdı. Bu məqsədlə də Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına üz tutdu, onları birliyə, həmrəyliyə səslədi. Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi. Və bu tarix, yəni dekabrın 31-i dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixə düşdü.
1991-ci ildə qəbul olunan bu qərar həm də bütün soydaşlarımızın vahid mərkəzdə toplanması, bütün azərbaycanlıların Vətəni olan Azərbaycan dövlətinin gələcək inkişafında yaxından iştirak etməsinin vacibliyinin dərki günü kimi xarakterizə olunmalıdır. Onu da qeyd edək ki, məhz Ulu öndər Heydər Əliyevin iradəsi əsasında qəbul olunan bu qərar müasir Azərbaycan dövlətinin inkişafında, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında və təbliğində mühüm rol oynadı, eyni zamanda, dünya azərbaycanlıları güclü dövlət dəstəyini hiss edərək vahid ideya ətrafında həmrəylik nümayiş etdirdilər. Məhz hazırda, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi Vətənidir.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbrik ünvanlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib: “Bütün soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək mütəşəkkil qüvvəyə çevrilməsi məsələsinə xüsusi diqqət yetirən Ümummilli lider Heydər Əliyev bu sahədə tarixi qərarlar qəbul etmiş, xaricdə məskunlaşmış həmvətənlərimizin hüquqlarının qorunmasına, diaspor quruculuğunun geniş vüsət almasına yönələn əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, bu gün diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın müdafiəsi və respublikamızın digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərinin dərinləşməsi işinə öz töhfələrini verirlər”.
Dünya azərbaycanlılarını birləşdirən milli məfkurə: Azərbaycançılıq ideologiyası
Dünya azərbaycanlılarının həmrəyliyini təmin edən mühüm vasitə və mexanizmlərdən biri də milli ideologiyadır. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlılarını bir amal və əqidə ətrafında birləşdirən azərbaycançılıq ideologiyası milli birlik və həmrəyliyi təmin edən universal ideoloji formul kimi çıxış etməkdədir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm səciyyəsi daşıyır. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil edən və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən faktordur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda da azərbaycançılıq ideologiyası milli həmrəylik və birliyin daha da möhkəmləndirilməsinə xüsusi töhfələr verir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı deyib ki, Azərbaycançılıq fəlsəfəsi, ilk növbədə, Heydər Əliyevin təşəbbüsü idi və bu ideologiya bütün cəmiyyəti birləşdirir: “Bu ideologiya həm tarixə, həm də müasirliyə əsaslanır. Həm tarixi keçmişimizi özündə ehtiva edir, eyni zamanda, bizim bu sahədə bugünkü siyasətimizi əhatə edir. Bu istiqamətdə atılan addımlar dünya tərəfindən artıq bilinir və təqdir edilir”.
Uğurlu diaspor siyasəti: milli həmrəyliyin təmin olunmasında müstəsna amil
Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən faktorlardan biri də dövlətimiz tərəfindən həyata keçirilən rasional diaspor siyasətidir. Sirr deyil ki, Azərbaycanın həm də beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında irəliləyişinin təmin olunması, mövqeyinin güclənməsi naminə həyata keçirilən çoxtərəfli diaspor siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün isə xarici siyasət strategiyasının mühüm istiqaməti və elementi qismində səciyyələndirilən diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə uğurla həyata keçirilir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin uğurlu nəticələri kimi, ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə önəmli töhfələr verir.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin aktual çağırışlara müvafiq surətdə həyata keçirdiyi uğurlu diaspor siyasətinin qanunauyğun nəticəsi kimi, hazırda milli həmrəyliyin təmin və mühafizə olunması, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli nailiyyətlər əldə edilib.
Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, bir-biri ilə əlaqələrinin yaranmasında, diasporumuzun fəaliyyətinin güclənməsində və Azərbaycan həqiqətlərinin daha geniş təbliğində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti və miqyası Azərbaycanın dünyada təbliğində, dünya azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində çox mühüm yer tutur.
Dünya Azərbaycanlılarının qurultayları milli birliyin gücləndirilməsinə mühüm töhfələr verir
Soydaşlarımızın milli birliyinə nail olunması istiqamətində ən önəmli vasitələrdən biri də, heç şübhəsiz, Dünya Azərbaycanlılarının qurultaylarıdır. Ümumiyyətlə, Dünya Azərbaycanlılarının Qurultayı xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi platforma kimi müstəsna əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamına əsasən, 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli həmrəyliyinin daha da gücləndirilməsi yönündə aparılan işləri sürətləndirməklə yanaşı, Azərbaycan dövlətinin diaspor və lobbi siyasətinin daha intensiv və keyfiyyətli xarakter almasına yol açdı. Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin I Qurultayda etdiyi tarixi çıxış milli həmrəyliyimizin, azərbaycançılıq ideyasının daha da gücləndirilməsi, milli birliyə nail olunması və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində mühüm əhəmiyyətə malikdir. Ulu öndər Öz çıxışında bildirmişdi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bu fikirlər həm də milli birliyimizin möhkəmləndirilməsi istiqamətində mayak rolunu oynadı və bu yolda gələcək vəzifələrin müəyyənləşdirilməsində əsas kimi çıxış etdi. Məhz bu tezislər tez bir zamanda xarici ölkələrdə yaşayan azərbaycanlıların ümummilli problemlərimiz istiqamətindəki təbliğatı gücləndirməsinə imkan verdi. Artıq dünya azərbaycanlıları dərk etdilər ki, onların arxasında mühüm bir güc - müstəqil Azərbaycan dövləti dayanır.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının milli həmrəyliyinin daha da gücləndirilməsi yönündə fəaliyyəti ilə bu birliyin daha da möhkəmlənməsinə Öz töhfəsini verdi. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə keçirilən Dünya Azərbaycanlılarının II və III qurultayları diaspor hərəkatında, milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi işində yeni mərhələ açdı. Dünya Azərbaycanlılarının III Qurultayında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, bütün dünyada yaşayan azərbaycanlılar bir olduqlarını və öz dövlətlərinin maraqları uğrunda fəaliyyət apardıqlarını nümayiş etdirdilər: “Mən bir daha demək istəyirəm ki, xaricdə yaşayan azərbaycanlıların III qurultayı çox əlamətdar hadisədir. İlk növbədə, ona görə ki, yenə də biz bir yerə yığışdıq. Yenə də həm Azərbaycan xalqına, həm bütün dünyaya göstərdik ki, biz bir yerdəyik. Biz bir xalqıq, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir”.
Güclü, qüdrətli Azərbaycan milli həmrəylik və bütövlüyün qarantıdır
Həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Bu mənada, dünya azərbaycanlılarının həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.
Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması, geniş mənada, milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.
Digər tərəfdən, müstəqil dövlətin qurulması milli birliyi zəruri etdiyi kimi, həm də bu birliyə şərait yaradan amildir. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib. Nəticə etibarilə, hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəlilik səviyyəsinə, bunun fonunda ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu və güclü aktoruna çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə bunu sübuta yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu gün hər bir azərbaycanlının müstəqil Azərbaycan dövlətinə bağlılığını, inam və güvənini təmin edən başlıca faktordur.
Dünya azərbaycanlıları vahid məfkurə ətrafında sıx birləşiblər
Nəticə etibarilə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən əlamətdar tarixdir. Prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrik məktubunda da bu məqamlar yer alıb: “Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. “Güclü dövlət - güclü diaspor” prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi Vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir”.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi kimi, dünya azərbaycanlıları vahid məfkurə ətrafında sıx birləşiblər. Bu birliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir, müxtəlif tədbirlər reallaşdırılır. İstər səmərəli diaspor siyasəti, istər ölkənin beynəlxalq aləmdə təbliğinin effektiv şəkildə davam etdirilməsi, istərsə də mütəmadi olaraq Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.
Bir sözlə, bu gün güclü və müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının qürur mənbəyi kimi çıxış edir. Və dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, dünya azərbaycanlıları real həmrəylik nümayiş etdirirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  59790  |  
  • Tarix:  31-12-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Həsənov: Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir

18:07
27 Aprel
“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır
18:01
27 Aprel
Bakıda Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü prosesi ilə bağlı seminar keçirilir
17:59
27 Aprel
Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
17:43
27 Aprel
Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur
17:40
27 Aprel
Əli Əhmədov: Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayə tikinti sektoruna qoyulub
17:38
27 Aprel
Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
17:21
27 Aprel
Mariya Zaxarova: Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada ATƏT Minsk qrupu ilə görüşəcək
17:09
27 Aprel
YAP Yevlax rayon təşkilatının IX Konfransı keçirildi
16:56
27 Aprel
Milisa Markoviç: Suveren ölkənin daxili işlərinə müdaxilə etmək yolverilməzdir
16:18
27 Aprel
Siyavuş Novruzov: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərəzdir
15:51
27 Aprel
İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlanıb
15:27
27 Aprel
Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
14:49
27 Aprel
İsveçli nazir müavini Azərbaycanın multikultural və tolerant ənənələri barədə məlumatlandırılıb
14:30
27 Aprel
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb
14:15
27 Aprel
Azərbaycan ilə Çexiya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14:13
27 Aprel
“Bakı-2017”: Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət millimizin heyəti açıqlanıb
12:58
27 Aprel
Xəzərdən başlayan su səyahətinin iştirakçıları qədim və müasir Qəbələdə
12:51
27 Aprel
Məşhur qrossmeysterlər Şəmkirdə gənc şahmatçılarla dostluq görüşü keçiriblər
12:46
27 Aprel
Əli Əhmədov: tikinti sektorunda qeyri-rəsmi məşğulluq aradan qaldırılacaq
12:38
27 Aprel
Ramiz Həsənov: Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib
12:24
27 Aprel
Rafael Hüseynov: Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir
12:12
27 Aprel
Son 10-12 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb
12:09
27 Aprel
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
12:02
27 Aprel
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə edilir
11:42
27 Aprel
Fuad Ələsgərov: Azərbaycanda korrupsiyaya qarşı bütün mexanizmlər yaradılır
11:32
27 Aprel
Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı binada “Ədibin evi”nin açılışı olub
11:22
27 Aprel
Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir
11:12
27 Aprel
Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib
11:08
27 Aprel
Ötən il dövlət tərəfindən tikinti sektoruna 11,4 milyard manat vəsait qoyulub
11:04
27 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
10:49
27 Aprel
Azərbaycanlı deputat: Multikultural dəyərləri qorumaq bu gün həyati əhəmiyyət kəsb edən məsələdir
10:40
27 Aprel
Əli Əhmədov: Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb
10:39
27 Aprel
Silahlı Qüvvələrin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib
10:35
27 Aprel
Viktor Dovqan: Ukrayna və Azərbaycan Transxəzər Nəqliyyat Marşrutunun əsas tərkib hissələridir
10:32
27 Aprel
Florans Manjən: Azərbaycan ilə Fransa arasında siyasi dialoq yüksək səviyyədədir
10:28
27 Aprel
Rusiyadan Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib
10:26
27 Aprel
MM-in deputatı: Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub
10:23
27 Aprel
Xələf Xələfov: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rolu böyükdür
10:18
27 Aprel
Ermənistan silahlı qüvvələrinin bölmələri minaatanlardan istifadə etməklə atəşkəs rejimini 130 dəfə pozub
17:53
26 Aprel
Ramiz Həsənov: İxtiraçılıq sahəsində müsabiqələrin təşkilində məqsəd bu sahəyə marağı artırmaqdır
17:49
26 Aprel
Akademik Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək
17:48
26 Aprel
Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var
17:45
26 Aprel
Mixail Zabelin: AŞPA tez-tez öz iradəsini qəbul etdirir – bu, düzgün deyil
17:39
26 Aprel
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri Avropa Şurasında qaldırılıb
17:37
26 Aprel
Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı uğurla davam edir
17:22
26 Aprel
“Bakı-2017”nin futbol yarışında Azərbaycanı təmsil edən hakimlər də fəaliyyət göstərəcəklər
17:10
26 Aprel
YAP İmişli rayon təşkilatının X konfransı keçirilib
16:38
26 Aprel
Prezident İlham Əliyev: 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır
16:26
26 Aprel
Əli Həsənov: Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir
15:47
26 Aprel
Xalid Əbdüləziz Əl Falih: Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərinə əməl etdiyinə görə ən yüksək hörməti qazanıb
15:38
26 Aprel
Hikmət Babaoğlu: AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin şantaj mexanizmləridir
15:31
26 Aprel
YAP Nizami rayon təşkilatının IX konfransı keçirilib
15:26
26 Aprel
Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüş keşiriləcək
15:16
26 Aprel
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
15:01
26 Aprel
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi Milli Məclisə təqdim olunub
15:00
26 Aprel
Elman Nəsirov: Türkiyə ilə bağlı qərar sübut etdi ki, AŞPA islamofob qüvvələrin təzyiq alətinə çevrilib
14:37
26 Aprel
Ziyad Səmədzadə: “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi qanunvericilikdə yeni bir istiqamətin əsasını qoyur
14:33
26 Aprel
Vüqar Bayramov: Valyuta dəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir
14:29
26 Aprel
Energetika naziri Natiq Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falih ilə görüşüb
14:19
26 Aprel
Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:17
26 Aprel
Bakı-2017” ilə əlaqədar bütün məscid və ziyarətgahlarda hər cür şərait yaradılıb
13:27
26 Aprel
"Sahibkarlar Günü"nə həsr olunan konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
13:24
26 Aprel
Ramin Quluzadə: Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir
13:07
26 Aprel
Sahibə Qafarova: AŞPA-nın Türkiyə ilə bağlı qərarı siyasi məqsədlərə xidmət edir
12:38
26 Aprel
Azərbaycan ilə Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib
12:34
26 Aprel
VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi öz işinə başlayıb
12:31
26 Aprel
Moskvada Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb
12:16
26 Aprel
“Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işini davam etdirir
11:56
26 Aprel
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:38
26 Aprel
Elçin Əhmədov: AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz qərarı ikili standartların daha bir nümunəsidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA