Ana səhifə »  Analitik »  9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür
A+   Yenilə  A-
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

Üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzidir
Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir.
Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur
Ümumiyyətlə, hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərir. Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir.
Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin buraya olan marağını artırıb. Ona görə də Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə, zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan verməyib. I Dünya müharibəsindən sonra xalqımız müstəqil dövlət formalaşdırmaq şansı əldə edib və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində tarixi addımlar atıb.
Müasir, müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunmuşdur. Üçrəngli bayrağımız haqqında ilk qərar Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 9-da qəbul olunub. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”.
Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng - müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub.
Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində dövlətçiliyimizin mühüm atributlarından olan milli bayrağımız qəbul olundu
Üçrəngli bayrağımız Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı qeyri-rəsmi olaraq ziyalılarımızın təklifi ilə 1988-ci ildə Azadlıq meydanında dalğalandırılıb. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. Daha dəqiq desək, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə güclü təkan verdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu.
Azərbaycan xalqı və dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilir
1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul edib. Son olaraq Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Bu baxımdan, milli dövlətçiliyimizin mühüm atributiv rəmzlərindən biri olan bayrağımız müstəqilliyimizin əzəmətini əks edirməkdədir. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin əsaslarından biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir. Vurğulayaq ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdı. Həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırıb, onun görünüşünə əlavə çalarlar qatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən, İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin, XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ali dövləti vəzifəyə seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
2010-cu il sentyabr ayının 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və digər dövlət rəsmiləri, ölkəmizdəki xarici ölkələrin səfirləri iştirak ediblər. Həmin gün topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etmişdi. Bununla da dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini, hörmətini gördü.
Mərasimdə çıxış edən Prezident İlham Əliyevin bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir. Dövlətimizin başçısı deyib: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması, doğrudan da, böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Bayrağımız qürur mənbəyimizdir
Nəticə etibarilə, bu gün xalqımız və dövlətimiz tərəfindən yüksək hörmət və ehtiram göstərilən Azərbaycan bayrağının dünyanın ən hündür dirəyinin üzərində dalğalandırılması bir çox qürurverici məqamlardan xəbər verir:
Birincisi, Azərbaycan xalqı bununla bayrağının onun üçün nə qədər qiymətli - dəyərli olduğunu bir daha təsdiq edir. Milli mənsubiyyəti, müstəqillik və suverenliyi xarakterizə və ifadə edən dövlət bayrağının ən yüksək zirvədən dalğalandırılması haqlı qürur və fəxarət hissi yaradır;
İkincisi, bununla bir daha bayrağın milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut olunur. Bu isə öz növbəsində milli həmrəylik və bütövlüyü simvolizə edir;
Üçüncüsü, Bakıda üçrəngli Azərbaycan bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibinin azərbaycanlılar olduğu - milli müstəqillik və suverenliyin mövcudluğu bir daha dünyaya nümayiş etdirilir.
Beləliklə, üçrəngli bayrağımız mənliyimizin, öz dövlətimizə hakimliyimizin atributudur.
Sadalananlar onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.
Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün, ən azından, həyatdaykən bayrağımızın yüksək zirvələrə daşınmasına çalışmalıyıq.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  37380  |  
  • Tarix:  08-11-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA